Azərbaycanda pul bazası bir aya 25 faizdən çox artıb


Digərləri 11 Yan 2022 15:18:00 140 0

Azərbaycanda pul bazası bir aya 25 faizdən çox artıb

2021-ci il dekabrın 30-a olan vəziyyətə görə Azərbaycanda pul bazası 17,937 milyard manat təşkil edib.

Son.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.

Ötən ayla müqayisədə pul bazası 25,6 faiz və ya 3,658 milyard manat artıb.

Eyni zamanda, ötən ilin eyni dövrü ilə müqayisədə pul bazası 32,2 faiz çoxalıb.