Arzunun evindən 8 kq marixuana aşkarlandı VİDEO FOTO


Digərləri 11 Yan 2022 14:54:00 139 0

Arzunun evindən 8 kq marixuana aşkarlandı  VİDEO  FOTO

Gəncə Şəhər Baş Polis İdarəsi Kəpəz rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Arzu Kərimov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan "marixuana" aşkar edilib. Saxlanılan şəxsin ətrafında davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evə baxış keçirilib və oradan parça torbada ümumi çəkisi 8 kiloqram 350 qram çəkidə narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb

Son.az xəbər verir ki, idarə əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəhər səhər sakini Turac İbrahimovun üzərindən qanunsuz yolla əldə edib saxladığı narkotik maddə olan "heroin" aşkarlanıb. Uzun müddət narkotik vasitə istifadəçisi olduğunu bildirən İbrahimovun yaşadığı evə baxış keçirilən zaman isə yardımçı tikilidən isə külli miqdarda "heroin" aşkar edilib.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlar üzrə Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.