Kiprdə güclü zəlzələ baş verib


Dünya 11 Yan 2022 08:12:00 274 0

Kiprdə güclü zəlzələ baş verib

Kipr sahillərində 6.4 bal gücündə zəlzələ baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi EMSC məlumat yayıb. Zəlzələ Bakı vaxtı ilə 05.07-də qeydə alınıb. Yeraltı təkanların episentri Limassol şəhərindən 111 km şimal-qərbdə, 2 km dərinlikdə olub. Dağıntı və tələfat barədə məlumat yoxdur.