"Deltakron" ştammı laboratoriya səhvindən


Dünya 11 Yan 2022 08:13:00 154 0

"Deltakron" ştammı laboratoriya səhvindən

Ümumdünya Səhiyyə Təşkilatı dünyada koronavirusun yeni hibrid "deltakron" ştammının yaranma ehtimalını istisna edib.

Son.az Trend-ə istinadən bildirir ki, müvafiq açıqlama ilə ÜST-ün texniki qrupunun rəhbəri Mariya van Kerkxove öz "Twitter" səhifəsində çıxış edib.

Onun sözlərinə görə, hər hansı bir ştamm kombinasiyasını müəyyən etmək mümkün olmayıb. Kipr alimlərinin tapıntısına gəlincə, çox güman ki, onlar sadəcə səhv ediblər. Belə ki, yoluxmuş toxuma nümunəsi çirklənib və ya laborator araşdırma zamanı səhv baş verib.

Bundan əvvəl, Kiprdə "Delta" və "Omikron" ştammlarının hibridi olan koronavirusun yeni variantı Kipr Universitetinin Biotexnologiya və Molekulyar Virusologiya Laboratoriyasında çalışan bir qrup yerli alim tərəfindən aşkar edildiyi bildirilirdi.