İsveç NATOya üzv olmağı planlaşdırmır


Dünya 11 Yan 2022 07:45:00 144 0

İsveç NATOya üzv olmağı planlaşdırmır

İsveç NATO-ya daxil olmayacaq və xarici siyasətini dəyişməyəcək. Amma ölkə alyansla tərəfdaşlığı qoruyub saxlayacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İsveçin Baş naziri Maqdalen Andersson bildirib.

Onun sözlərinə görə, İsveç uzun müddət təhlükəsizlik sahəsində öz xəttini müdafiə edib: "Həmişə açıq şəkildə bəyan etmişik ki, bizim NATO ilə tərəfdaşlığımız var. Hökumətin mövqeyi aydındır: biz NATO-ya daxil olmaq niyyətində deyilik".

Baş nazir İsveçin öz təhlükəsizlik siyasətinin olduğunu bildirib.