Qazaxıstanda etirazçılar terrorçular deyil İnqilabın ƏSL SƏBƏBİ ...


Siyasət 11 Yan 2022 00:15:00 79 0

Qazaxıstanda etirazçılar terrorçular deyil  İnqilabın ƏSL SƏBƏBİ ...

"KTMT-nin Türk Dövlətləri Təşkilatından (TDT) fərqli olaraq münaqişə və təcavüzlərə qarşı birgə mübarizə sahəsində böyük təcrübəsi var".

Bunu Son.az-a açıqlamasında Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, siyasi jurnalist Anar Həsənov deyib.

O bildirib ki, internet dövründə ziddiyyətli ideologiyaları olan dövlətləri zor yolu ilə vahid mərkəzə nəinki birləşdirmək, onu 5 il belə əldə saxlamaq mümkünsüzdür:

"Qazaxıstan və Rusiya hərbiçiləri plan üzrə ardıcıl hərbi təlimlər keçirirlər. Və nəhayət, TDT-yə müraciət bir presedent kimi Qazaxıstanın parçalanmasına da gətirib çıxarda bilərdi. Rusiyanı narazı salacaq hər bir addımın sonrası Qazaxıstanın şimalının ayrılmasını müşahidə edə bilərik. Unutmayaq ki, Qazaxıstan rusdilli əhalinin sayına görə postsovet məkanından ilk yerləri bölüşür. Orada elə şəhərlər var ki, əhalisinin böyük əksəriyyəti etnik ruslardır. 

Qazaxıstan inqilabının əsil səbəbləri avtoritar sistemin yaratdığı sosial - siyasi vəziyət olub ki, fürsətdən istifadə halları da istisna edilmir. Mən Tokayevin inqilabı terrorla əlaqələndirməyini müdafiə mexanizmi, siyasi qərarlarına haqq qazandırmaq cəhdi kimi dəyərləndirərdim. Mitinqlər birmənalı şəkildə personaya xidmət edən avtoriatar rejimə qarşı olub ki, o hadisələr zamanı nə dini, nə irqi şüarlar səsləndirilməyib. Bu gün xəsarət alan və saxlanılanların böyük əksəriyyəti yerli əhalidir. Rəsmi iddia edilən 20 min terrorçu məsələsi - manipulyasiyadır. 

Köhnə SSRİ-nin qurulması şansı sıfıra bərabərdir. İnternet dövründə ziddiyyətli ideologiyaları olan dövlətləri zor yolu ilə vahid mərkəzə nəinki birləşdirmək, onu 5 il belə əldə saxlamaq mümkünsüzdür. Baxın, Moskvanın bütün xalqlara təqdim edə biləcəyi vahid ideologiya yoxdur. Mən hazırki hadisələrlə 20-ci əsrin 20-ci illərində aparılan səthi tarixi paralelləri manipulyasiya hesab edirəm. 1920-ci ildə bir "İzvestiya" var idi, və bir "Pravda" və bir də "n" sayda savadsız kütlə istər mərkəzdə və istərsə də ucqarlarda. İnternet və qloballaşma dövründə 20-ci illərin siyasətini yeritmək mümkünsüzdür. 

Bir də ki, SSRİ-nin qurulması 1920-30 cu illərin narrativlərinin bərpası deməkdir. Bu isə Cavad xan, Məmməd Əmin Rəsulzadə, Ənvər Paşa haqda yenidən düşmən obrazı yaratmaq cəhdidir. Mən internet dövründə belə gedişatı təsəvvürümə gətirə bilmirəm. Rusiyadan edilən çıxışlara gəldikdə isə tövsiyə edirəm ki, Kremlin mövqeyindən savayı verilən bəyanatlara əhəmiyyət verməyək. 

Unutmayaq ki, Rusiya siyasətində istismar edilən ideologiyalardan biri də millətçi-slavyan kimliyidir. Ona postsovet milli kimliyi də demək olar. Millətçi, mağara vətənpərvərliyi səviyyəsində Jirinovski, Xamzaev kimi deputatların səsləndirdiyi  fikirlər sözügedən auditoriya üçün nəzərdə tutulub".

Təhməz Əsədov Son.az

Günün qoroskopu: Hər şey təbii istiqamətində olmalıdır like
  • 11 Yan 00:01  
Digərləri Günün qoroskopu: Hər şey təbii istiqamətində olmalıdır

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
ABŞ NATOya yeni üzvlərin qəbulu ilə bağlı məhdudiyyətə razı deyil like
  • 10 Yan 23:50  
Dünya ABŞ NATOya yeni üzvlərin qəbulu ilə bağlı məhdudiyyətə razı deyil

ABŞ NATO-ya yeni üzvlərin qəbulu ilə bağlı məhdudiyyət tətbiq edilməs

arrow Ətraflı
İsmayıllı sakinindən qanunsuz odlu silah götürülüb like
  • 10 Yan 23:39  
Digərləri İsmayıllı sakinindən qanunsuz odlu silah götürülüb

İsmayıllı sakinindən qanunsuz odlu silah götürülüb.

arrow Ətraflı
15 yaşlı qız dəm qazından zəhərlənib like
  • 10 Yan 23:34  
Digərləri 15 yaşlı qız dəm qazından zəhərlənib

Qazaxda zəhərlənmə faktı qeydə alınıb.

arrow Ətraflı
“Niva” kanala düşdü, bir nəfər batdı like
  • 10 Yan 23:30  
Digərləri “Niva” kanala düşdü, bir nəfər batdı

Xızı rayonu, Sitalçay kəndi ərazisində "Niva" markalı minik avt

arrow Ətraflı
Avtomobil piyadanı vuraraq öldürüb like
  • 10 Yan 23:25  
Digərləri Avtomobil piyadanı vuraraq öldürüb

İmişlidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qe

arrow Ətraflı
Bu rayonda qaz olmayacaq like
  • 10 Yan 23:20  
Digərləri Bu rayonda qaz olmayacaq

Sabah Oğuz rayonunun qaz təchizatında fasilə yaranacaq.

arrow Ətraflı
Bakıda məktəbli bıçaqlanıb like
  • 10 Yan 23:10  
Kriminal Bakıda məktəbli bıçaqlanıb

162 nömrəli tam orta məktəbin 11a sinif şagirdi (müvafiq səbəblərə gö

arrow Ətraflı
Britaniyada koronavirusdan 77 nəfər həyatını itirib like
  • 10 Yan 23:00  
Dünya Britaniyada koronavirusdan 77 nəfər həyatını itirib

Böyük Britaniyada son sutka ərzində 142 224 nəfər koronavirusa yoluxub. Bu

arrow Ətraflı
""Buzlu şüşə" görüntüsü təkcə koronavirusa yoluxma halında deyil..." like
  • 10 Yan 22:55  
Digərləri ""Buzlu şüşə" görüntüsü təkcə koronavirusa yoluxma halında deyil..."

Ölkədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı vəziyyət

arrow Ətraflı
Rusiya XİN: NATOnun genişlənməməsi ilə bağlı danışıqlarda irəliləyiş yoxdur like
  • 10 Yan 22:49  
Dünya Rusiya XİN: NATOnun genişlənməməsi ilə bağlı danışıqlarda irəliləyiş yoxdur

NATO-nun genişlənməməsi ilə bağlı ABŞ-la danışıqlarda irəliləyiş

arrow Ətraflı
Türkiyədə daha 141 koronavirus xəstəsi vəfat edib like
  • 10 Yan 22:40  
Dünya Türkiyədə daha 141 koronavirus xəstəsi vəfat edib

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 141 nəfər ölüb.

arrow Ətraflı