Bu rayonda qaz olmayacaq


Digərləri 10 Yan 2022 23:20:00 208 0

Bu rayonda qaz olmayacaq

Sabah Oğuz rayonunun qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Son.az-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, "Qaz İxrac" İdarəsinə məxsus "Oğuz-Yaqublu" yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar 11.01.2022-ci il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək "Yaqublu" QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Oğuz rayonunun (Oğuz şəhəri və rayonun 24 kəndi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Təmir işlərinin günün ikinci yarısı saat 17:00-dək yekunlaşdırılması nəzərdə tutulub.