Ermənistan “Pegasus”un İstanbulİrəvanİstanbul reysini həyata keçirməsinə razılıq verib


Dünya 10 Yan 2022 22:21:00 142 0

Ermənistan “Pegasus”un İstanbulİrəvanİstanbul reysini həyata keçirməsinə razılıq verib

Ermənistanın Mülki Aviasiya Komitəsi Türkiyənin "Pegasus Airlines" şirkətinin İstanbul-İrəvan-İstanbul marşrutu üzrə reyslər həyata keçirməsinə razılıq verib.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistanın Ərazi İdarəetməsi və İnfrastruktur Nazirliyi məlumat verib.

Qeyd edək ki, bir müddət əvvəl analoji icazə Ermənistanın "Flyone" şirkətinə də verilib.