"45 toydan aldığım pulu bu biznesdə 1 saata qazanmışam"


Şou-biznes 10 Yan 2022 20:42:00 164 0

"45 toydan aldığım pulu bu biznesdə 1 saata qazanmışam"

Müğənni Elvin Abdullayev biznesindən qazandığı məbləğdən danışıb.

Son.az olay-a istinadən xəbər verir ki, sənətçi ayaqqabı biznesinin çətinliyindən bəhs edib. "Xəbər-ətər" proqramında danışan Elvin bildirib ki, buradan gəliri yetəri qədərdir:

"Hələ davam edirəm, görüm harada qırılır. Üstündə dayan bilmirəm, çətindir. Şərikim var, İstanbulda yaşayır. İşçilər də var, amma yenə də işin başında özün dayanmalısan. Yoxsa çətinliklə üzləşirsən. 4-5 gün toya gedib aldığım pulu bu biznesdə 1 saata qazanmışam. Amma yenə də müğənnilikdən gələn gəlirin bərəkəti var".