"Bu istiqamətdə işlər davam etdirilir"


Digərləri 10 Yan 2022 20:48:00 137 0

"Bu istiqamətdə işlər davam etdirilir"

Azad edilmiş ərazilərdə olan "Bəsitçay" Dövlət Təbiət Qoruğunun sanitar-mühafizə zonasının xəritəsinin hazırlanması prosesi başa çatıb.

Bunu Trend-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova deyib.

O bildirib ki, Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq qoruğun yenidən fəaliyyətinin bərpası istiqamətində iş gedir.

"Qoruğun sanitar-mühafizə zonasının xəritəsinin hazırlanması prosesi başa çatıb. Hazırda qoruğun fəaliyyətinin bərpası üçün digər işlər aparılır. Qoruq ərazisində monitorinqlər aparılır, Prosesə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Milli Elmlər Akademiyasının əməkdaşları cəlb edilib. Həmçinin, ötən il "Bəsitçay" qoruğu ərazisinə balıqlar buraxılıb, çinar ağacları əkilib, bu istiqamətdə işlər davam etdirilir", - deyə Arzu Səmədova bildirib.