Rəhman oğlu ilə barışdı VİDEO


Şou-biznes 10 Yan 2022 20:06:00 133 0

Rəhman oğlu ilə barışdı  VİDEO

Əməkdar artist Rəhman Rəhman müğənni oğlu Emil Rəhmanoğlu ilə barışıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, ata-bala "Evdəkilərə salam" verilişində görüntülənib. Belə ki, Emilin evində baş tutan çəkilişə atası R.Rəhman da qatılıb.

Aktyor oğlunun həyat yoldaşı Sabrinadan da danışıb: "Onu çox istəyirəm. Çünki Emili yaxşı mənada dəyişən, xeyrə gətirən Sabrina oldu. Hərdən Emilə elə istiqamət verir ki, düşünürəm mən bunu etmirəm".

Qeyd edək ki, R.Rəhman oğlunun pis vərdişlərinə görə onunla danışmırdı. E.Rəhmanoğlu 2008-2014, 2016-2017-ci illərdə həbs həyatı yaşayıb.