Bakıda ev almaq istəyənlər üçün mühüm xəbər


Digərləri 10 Yan 2022 20:24:00 157 0

Bakıda ev almaq istəyənlər üçün mühüm xəbər

2022-ci ilin gəlişi bizə sözün əsl mənasında baha başa gəldi. Unun qiyməti, bilavasitə çörəyin qiymətinin qalxmasi hər kəsi təşvişə saldi. Bu il deyəsən qiymət arta-arta gedəcək. İndi də evlərin qiyməti. Görəsən necə? Artım olacaq ya azalma? 

Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, bu il mənzil bazarında da bahalaşma gözlənilir. Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bu fikirdədir. Ekspertin sözlərinə görə, ötən dövrlərlə müqayisədə 2022-ci il evlərin qiymətinin təxminən 15-20 faiz artacağı proqnozlaşdırılır. Bahalaşmaya həm də tikinti materiallarının qiymətlərinin qalxması təsir edə bilər.

Ramil Qasımzadə bildirir ki, alqı-satqıda proqnozlaşdırılan qiymət artımı kirayə mənzil bazarına da təsirsiz ötüşməyəcək. 

Ekspertin fikrincə, bahalaşma torpaq bazarında da gözlənilir.