Xalq Artisti evə buraxıldı


Şou-biznes 10 Yan 2022 19:42:00 168 0

Xalq Artisti evə buraxıldı

COVİD-19 infeksiyasına yoluxan kamança ustası, Xalq artisti Şəfiqə Eyvazova evə buraxılıb.

Son.az xəbər verir ki, bu barədə qaynarinfo-ya açıqlamasında sənətkarın həyat yoldaşı Arif Əsədullayev deyib. O bildirib ki, həkimlər müalicəni ev şəraitində davam etdirməyi məsləhət görüb:

"Həyat yoldaşımla mən koronavirusa yoluxduq. Neçə gündür ki, Mərkəzi Gömrük Hospitalında müalicə olunurduq. Artıq evdəyik, həkimlər vəziyyətimizin yaxşı olduğunu deyir. Amma müalicəni ev şəraitində davam etdiririk".