Əbədiyyətini Şuşada qazanan şəhid


Digərləri 10 Yan 2022 20:00:00 121 0

Əbədiyyətini Şuşada qazanan şəhid

O, Şuşa azad olunandan sonra yenidən doğuldu. Doğuldu ki, Azərbaycan yaşadıqca yaşasın! Doğuldu ki, Şuşamız çiçəkləndikcə onun məzarı da çiçəklənsin. O, Vətən müharibəsində iştirak edərək, torpaqlarımızın azad edilməsində payı olan qəhrəman şəhidimiz Asəf Məmmədovdur.

Şəhid Asəf Mehman oğlu Məmmədov 1995-ci il iyulun 1-də Ağstafa rayonunun Poylu qəsəbəsində doğulub. 2001-2012-ci illərdə Poylu qəsəbə tam orta məktəbində təhsil alan şəhidimiz, Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olur.

Vətən müharibəsi başlayanda könüllü olaraq, ordu sıralarına qoşulan Asəf Füzuli və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edir. İçində düşmənə qarşı nifrət hissi ilə böyüyən şəhidimiz qisas alacağı günü də gözləyirdi. Elə bu nifrətlə də mərdliklə vuruşan qəhrəmanımız göstərdiyi şücaəti ilə bir dastana çevrildi. "Bu torpaqların alınmasında zərrə qədər mənim də payım olsun" deyən Asəf noyabrın 8-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olur. Doğulduğu Ağstafa rayonunun Poylu qəsəbəsində dəfn olunur. Son.az RealTV-yə istinadən xəbər verir ki,indi bu məzar təkcə ailəsinin yox, bütün hərkəsin ziyarət edəcəyi bir məkana çevrilir. Qeyd edək ki, Asəf Məmmədov döyüşkərdə göstərdiyi şücaətə görə, ölümündən sonra, Prezident İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda", "Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilir.