Yaponiyada güclü qar həyatı iflic etdi


Dünya 10 Yan 2022 16:30:00 110 0

Yaponiyada güclü qar həyatı iflic etdi

Yaponiyanın paytaxtı Tokioda güclü qar və buzlaşmaya görə həyat iflic olub.

Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, buzlaşma nəticəsində 525 nəfərin ayağı sürüşərək xəstəxanaya düşüb, 100-ə yaxın aviareys təxirə salınıb.

Ölkənin Kanto bölgəsində, xüsusilə Tokioda güclü qarın balansı getdikcə ağırlaşır.

Bildirilib ki, buzlaşmaya görə, Tokioda 80-ə yaxın yol-nəqliyyat hadisəsi baş verib, 100-ə yaxın avtomobil körpüdə qalıb.

Rəsmilər bildiriblər ki, qar səbəbindən paytaxt boyu 14 marşrut xətti üzrə nəqliyyatın hərəkəti vaxtaşırı kəsilib.