“Tünzalə və Brilliant jüri adına utancdır” rəyini bəyəndi


Şou-biznes 10 Yan 2022 16:36:00 260 0

“Tünzalə və Brilliant jüri adına utancdır” rəyini bəyəndi

Sosial mediada gedən "Səs" yarışmasının müzakirəsinə Xalq artisti Faiq Ağayev də reaksiya verib.

Son.az Olay-a istinadən xəbər verir ki, müsabiqə AzTV-də yayımlanan zaman münsif kürsüsündə əyləşən sənətçi yarışma ilə bağlı yazılan rəylərə münasibət bildirib.

Belə ki, F.Ağayev "Facebook"da şəbəkə istifadəçilərindən birinin "İştirakçıların əksəriyyəti jüridən istedadlıdır. Hələ o Tünzalə və Brilliant jüri adına utancdır" rəyini bəyənməklə onunla eyni fikirdə olduğunu ifadə edib.

Qeyd edək ki, müğənni hər iki Xalq artisti Tünzalə Ağayeva və Brilliant Dadaşova ilə illərdir küsülüdür.