Paşinyanın Qazaxıstana qoşun göndərməsində


Siyasət 10 Yan 2022 16:06:00 159 0

Paşinyanın Qazaxıstana qoşun göndərməsində

""Ermənistan sülhməramlıları" ifadəsi bir qədər gülünc səslənir".

Bunu Son.az-a açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.

O bildirib ki, Ermənistan Qazaxıstandakı hadisələrdən istifadə edib, əhəmiyyətini göstərmək istəyir:

"Bir ölkə ki, onun-bunun ərazilərinə gözdikib və uzun illər Azərbaycan ərazilərini işğalda saxladı, indi onun nümayəndələrinin sülhməramlı qüvvə kimi harasa göndərilməyi özü-özlüyündə bir gülünc doğuran məqamdır. Amma iş orasındadır ki, bu, daha çox formal xarakter daşıyır. Çünki onların "peşəkarlığını" Azərbaycan Ordusu təcrübədən keçirib, sınayıb. Ona görə də onların iş əmsalı sual altındadır ki, onlar orada nə edəcəklər?! Yeri gəlmişkən, KTMT-nin tərkibində Qazaxıstana gedən erməni hərbiçilər orada ikinci dərəcəli obyektlərin mühafizəsinə yönəldilir: məsələn, bazara...

Burada da onlar özlərinə daha münasib yer axtarırlar. İş orasındadır ki, hadisələr elə gətirib ki, cari sədrlik Ermənistandadır. Onlardan texniki vasitə kimi istifadə olunacaq, ermənilər Qazaxıstanda texniki baxımından istifadə olunurlar. Ən az qoşunu Qazaxıstana Ermənistan göndərib. 100 nəfərlə, - özü də bir qismi qadınlardır, - onlar aksiya iştirakçılarına "terrorçulara" nə edə biləcəklər, bu özü sual altındadır. Ona görə də düşünmürəm ki, Ermənistanın burada iştirakı kimlərsə tərəfindən ciddi narazılığa səbəb olacaq, İrəvan üçün ciddi itki ilə nəticələnəcək, Qərbin sərt sanksiyaları ilə üzləşəcək, Qərbin güvənini itirəcək. 

Hətta Qazaxıstan prezidenti Tokayev KTMT sülhməramlılarına görə təşəkkür müraciəti edəndə təşkilat üzvü olan dövlətlərin başçılarına hərbiçilərini Qazaxıstana göndərikləri, göstərdikləri fəaliyyətə görə təşəkkür etsə də o siyahıda Ermənistan baş naziri Nikol Paşinyanın adını qeyd etmədi. Bu ondan irəli gəlir ki, illərdir Ermənistan Qazaxıstan Azərbaycanı dəstəklədiyi üçün onu ittiham edir. Ermənistan Qazaxıstana qarşı başqa absurd fikirlər irəli sürüb həmişə. İndi Qazaxıstan da anlayır ki, Ermənistanın Qazaxıstana gəlmək istəyi Paşinyandan asılı deyil. O, məcburiyyət qarşısında bunu edir. Ermənistana qalsa inandırıcı deyil ki, Qazaxıstana hansısa bir yardım göstərə bilər. Sadəcə olaraq KTMT-nin cari sədri olduğu üçün məcburdur, həm də orada digər nüfuzlu qüvvələr var, hansı ki, məsələləri diqtə edirlər. Ona görə də məcbur olub ümumi ab-havaya uyğun hərəkətlər edir. 

Ermənistan Qazaxıstandakı hadisələrdən istifadə edib indi vacibliyini, əhəmiyyətini göstərmək, önə çəkmək istəyir. Burada Paşinyanın məqsədi başqadır: Burada ermənilər belə bir imic formalaşdırırlar ki, güya bunlar Qazaxıstana kömək edirlər və KTMT sülhməramlı qüvvələrinin Qazaxıstana yürüdülməsində müstəsna rol oynayırlar. Sabah da onlara (ermənilərə) yardım lazım olsa KTMT onlara yardım haqda düşünsün. Bilirik onların əsas niyyətlərin. Sabah yenə Azərbayacana qaraşı təxribat törədədib, sonra KTMT-yə üz tutsunlar ki, gəlin bizi müdafiə edin, çünki vaxtilə biz sizə yardım göstərmişik. Ermənistan bunu KTMT-də əvəz-əvəzə prinsipi əsasında edir. Ermənistanın burada başqa məqsəd və məramları yoxdur".

Təhməz Əsədov Son.az