“İnanıran ki, debüt ifam Alfred obrazı ilə yenidən dinləyicilərin etimadını qazanacağam”


Kriminal 10 Yan 2022 13:19:00 61 0

“İnanıran ki, debüt ifam Alfred obrazı ilə yenidən dinləyicilərin etimadını qazanacağam”

Yanvarın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italiyalı bəstəkar Cüzeppi Verdinin "Traviata" operasının tamaşası keçiriləcək. 

Məşhur fransız yazıçısı Aleksandr Dümanın (oğul) "Kameliyalı qadın" əsərindən operaya uyğunlaşdırılan "Traviata", Parisin elit təbəqəsinin tanınmış simalarından olan Violetta adlı dəbdəbəni sevən gənc qadının enişli yoxuşlu həyatını əks etdirir. Alfred və Violettanın nakam sevgisindən bəhs edən tamaşa Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının böyük heyətlə çıxış edən solistləri, orkestri və xoru tərəfindən sənətsevərlərə təqdim olunacaq.

Dünyanın opera teatrlarında ən çox səhnələşdirilən əsərlərdən biri olan və sonu bədbəxtliklə bitən sevgi hekayəsindən bəhs edən əsərin baş rollarında Əməkdar artistlər Ramil Qasımov (Alfred) və İnarə Babayeva (Violetta) çıxış edəcəklər. Dirijoru Xalq artisti Fəxrəddin Kərimov, xormeystri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva olan tamaşada digər rollarda Xalq artistləri Əli Əsgərov (Markiz), Əkrəm Poladov (Doktor D' Obinyi), Əməkdar artistlər Cahangir Qurbanov (Jermon), Tural Ağasıyev (Qaston) və solistlər Nina Makarova (Flora), Mahir Tağızadə (Baron Bufol), Səbinə Bağırova (Anina) iştirak edəcəklər. 

Tamaşanın baş rol ifaçısı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist Ramil Qasımovun sözlərinə görə, "Traviata" dahi Cüzeppe Verdinin yazdığı operalar sırasında özünəməxsusluğu ilə hər zaman seçilən və İtaliya musiqisində ədəbi olaraq iz qoymuş çox tarixi və klassik operalardandır. Bildiyiniz kimi, əbədiyaşar tamaşada oynadığım Alfred obrazı debüt ifamdır. Deyim ki, bu obraz çox fərqli və özünəməxsus kolaritli obrazdır. Məndə öz növbəmdə Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solisti kimi öhdəmə düşən rolun üzərindən gəlməyə çalışıram. Həmçinin, tamaşanın dirijoru Xalq artisti Fəxrəddin Kərimovun çox məsuliyyətli və qızğın məşqləri hər birimizə böyük şövq verir və bunu tamaşada mənimlə tərəf müqabili olan bütün dostların təsdiq edə bilərlər.

Qeyd edim ki, hər bir opera, hər bir tamaşa mənim yaradıcılığımda yeni bir nəaliyyətdir və böyük bir uğurdur. Bu gün ölkəmizdə klassik vokal sənətinin təbliği və inkişafı üçün geniş zəmin yaradılıb, misilsiz işlər görülüb və qürur hissi ilə deyə bilərəm ki, məndə bu yolda əlimdən gələni edirəm və edəcəyəm. Hətta xeyli müddətdir ki, xüsusi müəllim ilə italyan dilini öyrənirəm. Fikrimcə klassik vokal sənətinə  hər zaman ciddi yanaşmaq və daha ciddi məşğul olmaq tələb olunur. İtalyan dilini öyrənməyim ifamın mükəmməlləşməsi, obrazların daxili aləmini daha yaxından anlamağım, qəhrəmanların hiss və həyacanlarını istənilən səviyyədə ifadə edə bilmək baxımından çox vacibdir.

Məşhur idmançının meneceri təcavüzdə ittiham olundu like
  • 10 Yan 12:54  
Dünya Məşhur idmançının meneceri təcavüzdə ittiham olundu

Məşhur rusiyalı qaydasız döyüş üzrə idmançı Aleksandr Yemelyanenkonun

arrow Ətraflı
"Evdə inqilaba imkan verməyəcəyik" like
  • 10 Yan 12:51  
Dünya "Evdə inqilaba imkan verməyəcəyik"

"KTMT Qazaxıstandakı vəziyyətə operativ reaksiya verdi".

arrow Ətraflı
Elşad Xose həyat yoldaşını danışmağa qoymadı like
  • 10 Yan 12:48  
Şou-biznes Elşad Xose həyat yoldaşını danışmağa qoymadı

Reper Elşad Xose həyat yoldaşı Lətifə ilə birgə müğənni Zamiq Hüseyn

arrow Ətraflı
BuzovnaZaqulba yolundan 18 min manatlıq barmaqlıq oğurlanıb like
  • 10 Yan 12:24  
Digərləri BuzovnaZaqulba yolundan 18 min manatlıq barmaqlıq oğurlanıb

Xəzər rayonu Buzovna-Zaqulba yolunun kənarında yerləşən yağış suların

arrow Ətraflı
İnternetin kəsilməsi Qazaxıstana nə qədər ziyan vurdu? like
  • 10 Yan 11:54  
Dünya İnternetin kəsilməsi Qazaxıstana nə qədər ziyan vurdu?

İnternetin kəsilməsi səbəbindən Qazaxıstan iqtisadiyyatı 189 milyon doll

arrow Ətraflı
NurSultanda Milli Təhlükəsizlik Komitəsinin əməkdaşı ölü tapıldı like
  • 10 Yan 11:48  
Dünya NurSultanda Milli Təhlükəsizlik Komitəsinin əməkdaşı ölü tapıldı

Qazaxıstanın paytaxtı Nur-Sultanda Milli Təhlükəsizlik Komitəsinin əmək

arrow Ətraflı
Qazaxıstanda Milli Qvardiyanın 400ə yaxın əsgəri yaralanıb like
  • 10 Yan 11:42  
Dünya Qazaxıstanda Milli Qvardiyanın 400ə yaxın əsgəri yaralanıb

Qazaxıstanda baş verən iğtişaşlar zamanı Milli Qvardiyanın 400-ə yaxın

arrow Ətraflı
Mir Şahinin vaxtı like
  • 10 Yan 11:36  
Siyasət Mir Şahinin vaxtı

Mirşahin Ağayevin rəhbərliyi ilə fəaliyyət göstərən "Real TV"

arrow Ətraflı
"Həftə"də ən mühüm hadisələri Rövşən Məmmədov təhlil edir like
  • 10 Yan 11:35  
Siyasət "Həftə"də ən mühüm hadisələri Rövşən Məmmədov təhlil edir

Bu həftə ərzində baş vermiş mühüm hadisələr Rövşən Məmmədovun AZT

arrow Ətraflı
İllər əvvəl Azərbaycanı tərk edən məşhur like
  • 10 Yan 11:30  
Şou-biznes İllər əvvəl Azərbaycanı tərk edən məşhur

İllər öncə okeanın o tayına köçən məşhurlardan reper Elmir vətənə

arrow Ətraflı
Qazaxıstanda general intihar etdi like
  • 10 Yan 11:24  
Dünya Qazaxıstanda general intihar etdi

Qazaxıstanın Cambul vilayətinin Polis Departamentinin rəisi general Janat S

arrow Ətraflı
Ordumuz qarşıya qoyulan tapşırıqları belə icra edir  like
  • 10 Yan 11:21  
Siyasət Ordumuz qarşıya qoyulan tapşırıqları belə icra edir

Döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının Əməliyyat (Koma

arrow Ətraflı
Ordudan tərxis olunan hərbçilərlə bağlı inanılmaz qərar: like
  • 10 Yan 11:18  
Dünya Ordudan tərxis olunan hərbçilərlə bağlı inanılmaz qərar:

Norveç ordusu ilə bağlı qəbul edilən yeni qərar böyük müzakirələrə

arrow Ətraflı
Ehtirasdan doğan həvəs həzz alandan sonra münasibətlərdə boşluq yaradır like
  • 10 Yan 11:17  
Digərləri Ehtirasdan doğan həvəs həzz alandan sonra münasibətlərdə boşluq yaradır

Son illər boşanmalardakı statistikaya nəzər saldıqda təəccüblənməmək

arrow Ətraflı
Bolqarıstan Azərbaycan qazını mümkün olan maksimum həcmdə alır like
  • 10 Yan 11:09  
Digərləri Bolqarıstan Azərbaycan qazını mümkün olan maksimum həcmdə alır

Bolqarıstan Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisindəki l

arrow Ətraflı