Məşhur idmançının meneceri təcavüzdə ittiham olundu


Dünya 10 Yan 2022 12:54:00 123 0

Məşhur idmançının meneceri təcavüzdə ittiham olundu

Məşhur rusiyalı qaydasız döyüş üzrə idmançı Aleksandr Yemelyanenkonun meneceri Azamat Bostanov zorlamada ittiham olunub.

Son.az REN TV-ə istinadən xəbər verir ki, polisə 30 yaşlı qadın müraciət edib və bildirib ki, kişi mənzildə ona hücum edib, zorlayıb və döyüb. Hazırda da ağır xəsarətlərlə xəstəxanadadır. Həkimlər qadına qabırğasının sınığı, döş qəfəsinin ciddi zədələnməsi, çoxsaylı qançırlar və sıyrıqlar diaqnozu qoyublar. Telekanalın məlumatına görə, Bostanov onu polisə xəbər verən rusiyalı qadınla çoxdan tanışdır - kişinin sosial şəbəkələrdəki səhifələrində birgə şəkillər var. Şübhəli şəxs saxlanılıb.

Anar Əli Son.az