NurSultanda Milli Təhlükəsizlik Komitəsinin əməkdaşı ölü tapıldı


Dünya 10 Yan 2022 11:48:00 145 0

NurSultanda Milli Təhlükəsizlik Komitəsinin əməkdaşı ölü tapıldı

Qazaxıstanın paytaxtı Nur-Sultanda Milli Təhlükəsizlik Komitəsinin əməkdaşı, polkovnik Azamat İbrayev ölü tapılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Komitə bildirib.

Onun meyitinin bu gün səhər saatlarında öz evinin həyətində aşkar edildiyi bildirilir. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu gün, həmçinin Jambıl vilayətinin polis rəisi də ölü tapılmışdı. Onun intihar etdiyi ehtimal olunur.

Son.az