İnternetin kəsilməsi Qazaxıstana nə qədər ziyan vurdu?


Dünya 10 Yan 2022 11:54:00 181 0

İnternetin kəsilməsi Qazaxıstana nə qədər ziyan vurdu?

İnternetin kəsilməsi səbəbindən Qazaxıstan iqtisadiyyatı 189 milyon dollar itirib.

Son.az Axar.az-a istinadən xəbər verir ki,qazaxıstanlı istifadəçilərin 95 faizi hələ də internetə qoşulma problemi yaşayır.

Qeyd edək ki, ölkədə internetin fəaliyyətini dayandırması faktı yanvarın 5-də məlum olub. Respublikada messencerlər, xüsusilə Vatsap və Teleqram da işləməyib.

Yanvarın 7-də Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev xalqa müraciəti zamanı ölkənin bəzi bölgələrində internetin müəyyən vaxt intervalında açılması barədə qərar qəbul etdiyini açıqlayıb.