Ehtirasdan doğan həvəs həzz alandan sonra münasibətlərdə boşluq yaradır


Digərləri 10 Yan 2022 11:17:00 104 0

Ehtirasdan doğan həvəs həzz alandan sonra münasibətlərdə boşluq yaradır

Son illər boşanmalardakı statistikaya nəzər saldıqda təəccüblənməmək mümkün deyil. Rəqəmlərin sürətlə artması yeni ailə quran cütlüklərin uyğun seçim etməkdə çətinlik çəkdiklərini göstərən əsas səbəblərdəndir.

Bəs gənclər, cütlüklər seçim zamanı harada səhv edirlər?

Son.az bunun səbəbini öyrənmək üçün psixoloq Könül Abbasovanın fikirlərini öyrənib:

"Yaş ötür, sənsə "itirdiyini" tapa bilmədiyini düşünürsən. Bu, daha çox kişilərdə müşahidə edilən haldır: Sevgi münasibətlərində keyfiyyətin obyektiv dəyərləndirilməməsi, münasibətlərdə məsuliyyət hissinin qadına aid oldugunu düşünmək, yaranmış "cazibə" hisslərinin sevgi olduguna inanmaq.

Bu hisslər özü də bir neçə səbəbdən yaranır: - Ehtirasa baglı seksual cəlb edicilik - Emosional həzz yanğısı - "Yenilik" hissi və s.

Bu sadalanan səbəblər sevgi bağlarının yaranması demək deyil. Çünki düşünülmüş münasibət və ya müdrik yanaşma yoxdur. İlkin fazada güclü ehtiras hissi, emosional sıçrayışların çoxluğu, həm də kişilərin "professional" təcrübəsi müşahidələrlə çox şeyi "əldə" etməyə kömək olur. Müşahidə zamanı "fəaliyyət sxemi" qurulur. "Sxemə" görə yaranmış xoş münasibətlərin "bəlli" məqsədi var.

Özünüzə sual verin: Bu münasibətlərdə məna və məntiq nədir? Bu münasibətlər nə dərəcədə ciddidir? Qarşı tərəfdən istəyiniz nədir? Münasibətlərdə nəyin "yerini" doldurmağa çalışıram? Bu görüşlər mənə nə verir? Həyatınızın hazırki dövründə "partnyorun varlığı" nədən ibarətdir? Sizin emosional vəziyyətiniz necə dəyişir? Partnyorunuz üçün etmək istədiyiniz nədir?

Əgər bu sualları doğru analiz etsəniz "lazımsız romanları" yaşamayacaqsınız. Yəni "ağrımayan başınıza yaylıq bağlamayın". "Mənasız romanları" yaşayan biri uzun müddət heç kimə inanmır, daxili "ittiham" hissi artır. "Vaxtını keçirmək", "zövq almaq" hissi və s. məsuliyyətə bağlı hiss deyil, bu hisslər sadəcə şəxsə bağlı istəklərdir.

Sevgi ilə cazibə arasındakı fərqi bilmək lazımdır. 

Cazibə hissi: Səni ona çəkən ehtirasdan doğan seksual həvəsdir. Bu hisslər həzz almadan sonra münasibətlərdə boşluq yaradır.

Sevgi: Onun səsi, çay içməyi, tez-tez saxladığın messajları oxuyursan, onun gözləri, ətirini xatırladıqca qəribə sevinc hissi keçirirsən. O, insana asanlıqla özünü anladırsan, keçmişdəki səhvlərini belə rahatlıqla etiraf edirsən.

Kulminasiya nöqtəsi:

Bir-birinə oxşar bədən və fizioqnomikası olan, eyni "pozlarda" şəkil və video paylaşan yüngül əxlaqlı "süni xanım"ları bəyənənlərin psixoloji problemləri var. O xanımları izləmək, yəni açıq şəkildə layk etmək şəxsin  sado-mazoxist seksual fantaziyasının plutonik həzz almasıdır. Psixoloji analiz şəxsin yeniyetməlik dövrünə qədər gedə bilir.

Ona görə də özünüzü aldadaraq yaşamaq olmaz. Həqiqi hisslər zamana bağlıdır. Həqiqi hissi olan biri sizi heç vaxt buraxmaz, gözləməyi bacarmaq lazımdır".

Məhəmməd Vaqif Son.az