Ordudan tərxis olunan hərbçilərlə bağlı inanılmaz qərar:


Dünya 10 Yan 2022 11:18:00 114 0

Ordudan tərxis olunan hərbçilərlə bağlı inanılmaz qərar:

Norveç ordusu ilə bağlı qəbul edilən yeni qərar böyük müzakirələrə yol açıb.

Son.az metbuat.az-a istinadən xəbər verir ki, yeni qərarə görə, ordudan tərxis olunanlar alt paltarını hərbi hissəyə təhvil verməlidir. Yerli mənbələrin məlumatına görə, ordunun təchizatındakı çətinliyə görə Müdafiə Nazirliyi belə qərar verib. Bildirilir ki, koronavirus pandemiyası başlayandan silahlı qüvvələrin əşya təminatı daha da pisləşib. Tərxis olunanların qoyub getdiyi paltarlar yuyulub təmizlənərək yeni gələnlərə veriləcək.

Qeyd edək ki, Norveç ordusunda qadın və kişilər bir yerdə xidmət edirlər. Yeni qayda kişilərlə yanaşı qadınlara da şamil olunur.