Qazaxıstanda general intihar etdi


Dünya 10 Yan 2022 11:24:00 167 0

Qazaxıstanda general intihar etdi

Qazaxıstanın Cambul vilayətinin Polis Departamentinin rəisi general Janat Süleymanöv intihar edib.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı "BaigeNews.kz" yayıb.

Bölgənin Polis Departamentinin Mətbuat xidməti sözügedən xəbəri təsdiq edib. 

Hazırda hadisənin detalları araşdırılır.

"Kozachkov offside" teleqram kanalının məlumatına görə, Qazaxıstanın Taraz şəhərində iğtişaşlardan sonra Janat Süleymanov barəsində cinayət işi başlanılıb. General 5 gün əvvəl bölgənin komendantı təyin edilmişdi.

Son.az