Almatıda iki ekstremist hücrə neytrallaşdırılıb


Dünya 10 Yan 2022 08:49:00 332 0

Almatıda iki ekstremist hücrə neytrallaşdırılıb

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin (MTK) əməkdaşları Almatı ərazisində üzvləri iğtişaşlarda iştirak edən iki ekstremist hücrəni zərərsizləşdiriblər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə MTK-nın mətbuat xidmətindən bildiriblər.

"Qazaxıstan Respublikasının MTK-sı tərəfindən kütləvi iğtişaşlar və terror aktları iştirakçılarının axtarışı və saxlanılması, habelə törədilmiş cinayətlərin aydınlaşdırılması istiqamətində tədbirlər həyata keçirilir. Nəticədə Almatı şəhəri ərazisində baş vermiş iğtişaşlarda üzvləri 2022-ci il yanvarın 4-dən 8-dək fəal iştirak edən iki ekstremist hücrə zərərsizləşdirilib", - deyə mətbuat xidmətindən bildirilib.

Yanvarın 2-də Qazaxıstanın bir sıra şəhərlərində etiraz aksiyaları keçirilib. Bir neçə gün ərzində onlar ölkənin bir çox şəhərlərində iğtişaşlara və dövlət orqanlarına hücumlara çevrilib. Minlərlə insan xəsarət alıb, ölənlər var. Prezident Kasım-Jomart Tokayev kömək üçün KTMT-yə müraciət edib. Sülhməramlılar artıq Qazaxıstanda öz tapşırıqlarını yerinə yetirməyə başlayıblar. Hakimiyyət orqanlarının məlumatına görə, yanvarın 7-də respublikanın bütün bölgələrində ümumilikdə nizam bərpa edilib.