Böyük Çin səddinin bir hissəsi zəlzələ nəticəsində uçub


Dünya 10 Yan 2022 07:46:00 157 0

Böyük Çin səddinin bir hissəsi zəlzələ nəticəsində uçub

Çinin Tsinhay əyalətində zəlzələ nəticəsində Böyük Çin səddinin iki metlik hissəsi uçub.

Trend-in məlumatına görə, bu barədə "Global Times" qəzeti xəbər verir.

Məlumata əsasən, hadisə yanvarın 7-si Qansu əyalətində qeydə alınan 6,9 bal gücündə zəlzələ nəticəsində baş verib.

Bildirilir ki, Böyük Çin səddinin uçan hissəsində təmir və bərpa işləri başlanılıb.