KTMT Qazaxıstanın ilk müraciəti əsasında ölkəni tərk edəcək XİN


Dünya 10 Yan 2022 07:52:00 132 0

KTMT Qazaxıstanın ilk müraciəti əsasında ölkəni tərk edəcək  XİN

Qazaxıstanın Xarici İşlər Nazirliyi ölkədəki hadisələrlə bağlı bəyanat yayıb.

Son.az Trend-ə istinadən bildirir ki, bəyanatda deyilir:

"Manqistau vilayətində və ölkənin bütün iri şəhərlərində dinc mitinqlər keçirilib. Aksiya iştirakçılarının tələbləri tam təmin edilib. Lakin terrorçu, ekstremist və cinayətkar qruplar bu vəziyyətdən gərginliyi və zorakılığı artırmaq üçün sui-istifadə ediblər. Bununla əlaqədar ölkədə fövqəladə vəziyyət elan edilib.

Almatıda və ölkənin bir sıra digər bölgələrində baş verən hadisələrin göstərdiyi kimi, Qazaxıstan xaricdə təlim keçmiş, yaxşı əlaqələndirilmiş terrorçu qrupların silahlı təcavüzünə məruz qalıb. İlkin məlumatlara görə, hücum edənlərdən bəziləri radikal islamçı qrupların tərəfində "qaynar nöqtələr"də döyüşlərdə iştirak təcrübəsinə malikdirlər. Hazırda hüquq-mühafizə orqanları və Qazaxıstan Respublikasının Silahlı Qüvvələri bəzi xarici KİV-lərin təhrif etdiyi kimi "dinc etirazçılar" deyil, terrorçularla qarşı-qarşıyadır.

Yaranmış vəziyyətlə əlaqədar Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) kömək istəməli oldu və KTMT vəziyyəti sabitləşdirməyə kömək etmək üçün ütəxminən 2500 nəfərdən ibarət sülhməramlı qüvvə göndərdi. Sülhməramlıların mandatına strateji obyektlərin mühafizəsi və Qazaxıstan hüquq-mühafizə qüvvələrinin qorunması daxildir.

Vurğulamaq lazımdır ki, terrorçu qruplaşmalara qarşı əsas hərbi əməliyyatları hüquq-mühafizə orqanları və Qazaxıstan Silahlı Qüvvələri həyata keçirir.

KTMT-nin sülhməramlı qüvvələri müvəqqəti olaraq Qazaxıstandadırlar və vəziyyət sabitləşdikdən sonra Qazaxıstan tərəfinin ilk müraciəti əsasında ölkəni tərk edəcək.

Dinc nümayişçilər heç bir təzyiqə məruz qalmır.

Hüquq-mühafizə orqanlarına bu vəziyyətin səbəbləri ilə bağlı genişmiqyaslı araşdırma aparmaq, nəticələrini beynəlxalq ictimaiyyətə təqdim etmək tapşırılıb.