NurSultanda internetə çıxış bərpa edilib


Dünya 10 Yan 2022 07:59:00 116 0

NurSultanda internetə çıxış bərpa edilib

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində ötən gündən kəsilən naqilli internetə çıxış bu gün bərpa edilib.

Trend-in məlumatına görə, bu barədə "TASS"ın Nur-Sultandakı müxbiri xəbər verib.

Məlumata əsasən, paytaxtda internetə çıxış ötən gün saat 12:00 radələrində bağlanmışdı.

Eyni zamanda, mobil internetə qoşulma hələ də mümkün deyil.

Qeyd edək ki, Nur-Sultanda yerli vaxtla saat 23:00-dan 07:00-dək komendant saatı qüvvədədir.