Ana və qızı dəm qazından zəhərlənib


Digərləri 09 Yan 2022 23:05:00 128 0

Ana və qızı dəm qazından zəhərlənib

Goranboyda zəhərlənmə faktı qeydə alınıb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Qızılhacılı qəsəbəsində baş verib.

Qəsəbə sakini 1984-cü il təvəllüdlü N.Əmrahova və onun qızı 2006-cı il təvəllüdlü R.Əmrahova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Onlara lazımı tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

İlkin məlumatına görə, ana və övladı yaşadığı evdə dəm qazından zəhərləniblər.