NyuYorkda yaşayış binası yanıb, 31 nəfər ağır xəsarət alıb


Dünya 09 Yan 2022 23:15:00 136 0

NyuYorkda yaşayış binası yanıb, 31 nəfər ağır xəsarət alıb

ABŞ-ın Nyu-York şəhərində (Bronks) yaşayış binasında güclü yanğın baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə nəticəsində 54 nəfər xəsarət alıb.

Onlardan 31 nəfəri ağır xəsarətlərlə xəstəxanalara yerləşdirilib.

Binanın 3-cü mərtəbəsindən başlanan alov 19-cu mərtəbəyədək qalxıb.

Hadisə yerinə 200-ə yaxın yanğınsöndürən cəlb edilib.