"Bütün çarəsi olmayan və ağır xəstələr bunu içsin" Məşhur həkimdən şəfa iksiri


Digərləri 09 Yan 2022 22:20:00 221 0

"Bütün çarəsi olmayan və ağır xəstələr bunu içsin"  Məşhur həkimdən şəfa iksiri

Arpanın tərkibi mikro elementlərlə (mis, sink, fosfor və s) zəngindir. Bunlar insan orqanizmində, insan skeletini və insan toxumalarını təşkil edən mikro elementlərin əsas hissəsini təşkil edir.

Son.az xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov arpa suyunun faydaların haqqında danışıb.

"3 xörək qaşığı arpanı bir gün 3 stəkan suda saxlayırıq, 1 gündən sonra süzürük və ona 1 xörək qaşığı bal və 5 xörək qaşığı təzə sıxılmış limon şirəsi əlavə edirik, qarışımı gün ərzində içirik", - deyə həkim bildirib.

Bu üsulda arpanın cücərdilmişinin suyuna limon və bal əlavə edib qoxusunu dəyişirik və beləliklə hər kəs rahat şəkildə istifadə edə biliə. O, insana rahatlıq və gümrahlıq verir.

"Bütün çarəsi olmayan xəstəliklərdən əziyyət çəkən cücərmiş arpa suyundan istifadə edə bilər"

F.Hüseynovun sözlərinə görə, cücərmiş arpa suyunun tərkibində olan güclü antioksidantlar bədənimizdəki sərbəst radikalları tutub neytrallaşdırmaq üçün çox önəmli bir rola malikdir. Sərbəst radikalları insan beyninə tabe etmək üçün bizim bədənimizə zəngin antioksidantlar lazımdır. Antioksidantlar çox olan qidaları istifadə etməliyik. Antioksidantlar cücərmiş toxumlarda, meyvələrdə, cücərmiş toxumların suyunda çox olur.