Bakıda xurmanı tumları ilə yeyən qadının mədəsi daşlaşdı Şok görüntü


Digərləri 09 Yan 2022 19:10:00 146 0

Bakıda xurmanı tumları ilə yeyən qadının mədəsi daşlaşdı  Şok görüntü

Bakıda 35 yaşlı qadın mədəsində kəskin ağrı və qanaxma ilə klinikaya müraciət edib.

Son.az xəbər verir ki, onun mədəsində daşlaşmış kütlə aşkarlanıb. Tibdə bezoal adlanan bu kütlə müxtəlif yığnaqlardan əmələ gəlir. Bu xəstədə adi yapon xurmasının tumlarından yaranmışdı.

Qastroenteroloq həkim Həcər Ağakişiyeva qastroskopik müayinə zamanı xəstənin mədəsində daşlaşmış kütlə, xora aşkar edib.

Həkim xəstənin ağır durumda olduğunu bildirdi.

"Pasiyent xurmanı tumları ilə birgə yeməyi xoşlayırmış. Təxminən 1 ilə yaxın idi ki, tumlar orda yığılıb daşlaşmışdı. Mədədə xora və qanaxma yaratmış, nəticədə xəstədə kəskin qanazlığı, hemoqlobin kritik həddə düşmüşdü. Dəhşətli ağrı və qanaxma ilə ilk öncə dövlət xəstəxanasına aparılıb, orda təcili mədənin kəsilib götürülməsi əməliyyatı deyiblər.