ABŞ Yaponiyadakı bazalardan hərbçilərin çıxmasına iki həftəlik məhdudiyyət qoyacaq


Dünya 09 Yan 2022 19:15:00 181 0

ABŞ Yaponiyadakı bazalardan hərbçilərin çıxmasına iki həftəlik məhdudiyyət qoyacaq

ABŞ koronavirusa yoluxma sayının artması səbəbindən hərbi personalının xidməti ehtiyacı olmadan Yaponiyadakı bazaların ərazisini tərk etməsinə qadağa qoyub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı iki ölkənin birgə bəyanatında deyilib.

Məlumata əsasən, tədbirlər yanvarın 10-dan qüvvəyə minir və iki həftə davam edəcək.

"Yaponiyadakı ABŞ ordusu şəxsi evlər istisna olmaqla, bütün şəxsi heyətin hərbi obyektlərin içərisində və xaricində maska ​​taxmasına nəzarət edəcək. ABŞ-ın Yaponiyadakı Silahlı Qüvvələri (ABŞ-dan) çıxmazdan əvvəl və (Yaponiyaya) daxil olandan sonra şəxsi heyətin yoxlanılması prosedurlarına ciddi şəkildə riayət edəcək və gələndən sonra 14 günlük karantin tələbinə ciddi şəkildə əməl edəcək".