İranda ötən sutkada 31 nəfər koronavirusdan ölüb


Dünya 09 Yan 2022 19:00:00 113 0

İranda ötən sutkada 31 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 1 480 nəfər koronavirusa (COVID-19) yoluxub, 31 nəfər ölüb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 131 878 nəfərə, yoluxanların sayı isə 6 206 405 nəfərə çatıb. Virus daşıyıcılarından 1 775 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 6 051 812 nəfər koronavirusdan sağalıb, 42,8 milyondan çox diaqnoz testi həyata keçirilib.