Arıqlamaq üçün bu yağlardan istifadə edin


Digərləri 09 Yan 2022 18:15:00 152 0

Arıqlamaq üçün bu yağlardan istifadə edin

Pəhriz və idmana baxmayaraq kilo vermə prosesinin yavaş irəlilədiyini düşünürsünüzsə, təbii yağlarla maddələr mübadiləsini sürətləndirə bilərsiniz.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, efir yağları əsrlər boyu bədəni rahatlatmaq, sağaltmaq, həzm və motivasiyanı artırmaq kimi bir çox problemin həllində istifadə olunur.

Araşdırmalar göstərir ki, kilo vermənin qarşısını alan səbəblər arasında stressin böyük yeri var. İnsanlar stress zamanı emosional olaraq yeməyə meyllidir. Yağların aroması beyindəki mərkəzləri aktivləşdirməyə, stressi azaltmağa, qan təzyiqini və nəbzi normallaşdırmağa, diqqəti cəmləməyə və motivasiyanı yaxşılaşdırmağa kömək edir.

Arıqlamağa yardımçı olan təbii yağlar isə aşağıdakılardır.

1. Qreypfrut yağı:

1-2 damla qreyfurt yağını 5-6 damla daşıyıcı yağ (kokos və ya badam yağı) ilə qarışdırın. Bədəninizdə selülit toplanan yeri bu qarışımla ən az 30 dəqiqə masaj edib, su ilə yuyun.

2. Zəncəfil yağı:

1-2 damla zəncəfil yağını 5-6 damla daşıyıcı yağ (kokos və ya badam yağı) ilə qarışdırın. 30 dəqiqə bədəndə yağ toplanan bölgəni masaj edin. Bunu hər gün edə bilərsiniz.