Yer kürəsi canlıların kütləvi məhvinin altıncı dalğasının astanasındadır


Dünya 09 Yan 2022 12:52:00 141 0

Yer kürəsi canlıların kütləvi məhvinin altıncı dalğasının astanasındadır

Hazırda Yer kürəsi canlıların kütləvi məhvinin altıncı dalğasının astanasındadır.

Son.az Trend-ə istinadən bildirir ki, bu bəyanatla Stenford Universitetinin professoru Pol Erlix çıxış edib.

Ümumdünya Vəhşi Təbiət Fondunun məlumatına görə, yaxın on il ərzində planet dinozavrları öldürən meteoritin düşməsindən sonra canlıların ən kütləvi məhvi baş verə bilər, milyona yaxın flora və fauna növü yox olmaq təhlükəsiylə üz-üzədir.

Erlix qeyd edib ki, heyvan və bitkilərin kütləvi şəkildə məhv olması ilə yanaşı, bəşəriyyət iqlim dəyişikliyi, qlobal zəhərlənmə və nüvə silahı rəqabəti bərpası təhlükəsi ilə üzləşib. Hadisələrin bu cür inkişafı dünyanın bəzi yerlərində kütləvi daşqınlara, bəzilərində isə quraqlığa səbəb ola bilər.