Son 2,4 milyard il ərzində Yer kürəsində...


Dünya 07 Yan 2022 21:45:00 147 0

Son 2,4 milyard il ərzində Yer kürəsində...

Yeni kompüter modelinə uyğun olaraq, son 2,4 milyard il Yer kürəsində düşünüldüyündən daha qeyri-mülayim və sərt həyat şəraiti olub.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Yeni tədqiqatın müəllifləri müasir iqlim modelindən istifadə edərək bildiriblər ki, Yerin səthinə çatan ultrabənövşəyi şüanın səviyyəsi qat-qat, təxminən 10 dəfə yüksək ola bilərdi.

Günəşin yaydığı ultrabənövşəyi şüalar zülallar kimi bioloji nöqteyi-nəzərdən vacib molekulları zədələyə və məhv edə bilər, ona görə də o canlı orqanizmlərə ciddi təsir göstərir.

Son 2,4 milyard il biosferanın inkişafında vacib dövrdür. Atmosferdə oksigenin səviyyəsi demək olar ki, sıfırdan əhəmiyyətli dərəcəyədək artıb, üstəlik konsentrasiyaların dəyişməsinə baxmayaraq, nəticədə stabilləşdi və son 400 milyon il ərzində eyni səviyyədə qalmaqdadır. Bu zaman daha mürəkkəb çoxhüceyrəli orqanizmlər və heyvanlar qurunu müstəmləkə etməyə başladı.

Tədqiqat işinə rəhbərlik edən Lids Universitetinin tədqiqatçısı, fəlsəfə doktoru Qreqori Kuk bildirib ki, alınan nəticələr ultrabənövşəyi şüaların təkamülə necə təsir etdiyi ilə bağlı yeni məsələlər qaldırır. Bu çox vacibdir, çünki ultrabənövşəyi şüaların intensiv dozaları həyatın bir çox sahələrinə neqativ təsir edir.

"Məsələn ultrabənövşəyi şüalar insanlarda dəri xərçənginə səbəb ola bilər. Lakin, bəzi orqanizmlər effektiv müdafiə mexanizmlərinə malikdir, onlardan bir çoxları bu cür zədələrdən sonra bərpa oluna bilər. Həddindən artıq miqdarda ultrabənövşəyi şüaları həyatın yaranmasına və ya təkamülünə mane ola bilməzdi, lakin hipotetik olaraq, təbii seçimə təsir edə bilərdi. Daha çox miqdarda ultrabənövşəyi şüaların öhdəsindən daha yaxşı gələ bilən orqanizmlər üstünlük əldə edərdi", - deyə o bildirib.

Son 40 il ərzində alimlər hesab edirdi ki, ozon qatı canlı orqanizmləri zərərli ultrabənövşəyi şüalardan müdafiə etməyə qadirdir. Bu müdafiə, atmosferdə oksigen səviyyəsi cari atmosfer səviyyəsi ilə müqayisədə təxminən 1 faizə çatdığı zaman formalaşıb.

Yeni modelləşmə bu ehtimalı şübhə altına alır. Bu o deməkdir ki, tələb olunan oksigenin səviyyəsi, çox güman ki, daha yüksək, məsələn, cari atmosfer səviyyənin 5-10 faizinə qədər yüksək olub.