Karl Nehammer koronavirusa yoluxub


Dünya 07 Yan 2022 21:50:00 162 0

Karl Nehammer koronavirusa yoluxub

Avstriyanın kansleri Karl Nehammer koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu barədə federal dəftərxanaya istinadən "ORF" telekanalı xəbər yayıb.

Məlumata əsasən, Karl Nehammer yanvarın 4-də məzuniyyətdən geri dönüb və yanvarın 5-də verdiyi testin cavabı mənfi olub.

Lakin daha sonra kanslerin mühafizə xidmətindəki əməkdaşlardan birinin testi yanvarın 6-da müsbət olduqdan sonra aparılan təkrar yoxlanış nəticəsində hökumət rəhbərinin də koronavirusa yoluxduğu müəyyənləşib.