Qəzada ayaqlarını itirən aktyor: "Mən qazi deyiləm!" VİDEO


Şou-biznes 07 Yan 2022 18:48:00 147 0

Qəzada ayaqlarını itirən aktyor: "Mən qazi deyiləm!"  VİDEO

Bakıda aktyoru qazi kimi qələmə verib videosunu paylaşıblar.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu barədə aktyor İmran Lalayev özünün sosial şəbəkə hesabında paylaşım edib. Hər iki ayağı amputasiya olunan və protez ayaqla gəzən aktyor bildirib ki, metroda olarkən naməlum şəxs onun videosunu çəkib. Daha sonra həmin videonu sosial şəbəkədə paylaşaraq İmran Lalayevi qazi kimi qələmə verib.

İ. Lalayev dəfələrlə videosunu paylaşan şəxsə xəbərdarlıq etsə də, görüntülərin hələ də silinmədiyini qeyd edib. O, ayaqlarının üstündən qatar keçdiyi üçün protez ayaqla gəzdiyini deyərək, sözügedən videonu paylaşan şəxsi reytinq xətrinə insanların hissiyyatı ilə oynadığı üçün qınayıb.

Qeyd edək ki, İ. Lalayev ƏSA teatrının aktyorudur.