Qarabağın ilk sakinlərinə təhlükəsizliklə bağlı təlimlər keçiriləcək


Digərləri 07 Yan 2022 18:54:00 152 0

Qarabağın ilk sakinlərinə təhlükəsizliklə bağlı təlimlər keçiriləcək

Bu il "Böyük Qayıdış" proqramı üzrə Qarabağa ilk sakinlərin köç edilməsi gözlənilir, onlara partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimləri keçiriləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

O bildirib ki, Agentlik tərəfindən 130 dövlət qurumu və özəl müəssisənin 5000-dən yuxarı əməkdaşı ümumi maarifləndirmə və təlimçilərin təlimi proseslərinə cəlb olunub.

"Minalı ərazilərə yaxın 80 kənddə mina təhlükəsi ilə mübarizə qrupları yaradılıb. Eyni zamanda, minlərlə maarifləndirici və xəbərdaredici materiallar hazırlanaraq əhaliyə paylanılıb. Maarifləndirmə - minatəmizləmə əməliyyatlarının mühüm istiqamətlərindən biri olaraq tərəfimizdən davam etdiriləcək. Necə deyərlər, güc birlikdədir - bu səbəbdən fürsətdən istifadə edib, vətəndaşlarımıza müraciət etmək istəyirəm ki, gəlin bir olaq, təmkin göstərək və təhlükəsiz Qarabağımıza sağlam qayıdaq", - deyə qurum sədri qeyd edib.