“Qızıl Qlobus” barədə detallar…


Dünya 07 Yan 2022 19:00:00 173 0

“Qızıl Qlobus” barədə detallar…

Keçən il rəqəmsal olaraq keçirilən və ən məşhur adların onlayn qatıldığı "Qızıl Qlobus" mükafatlarını bu ildə eyni aqibət gözləyir.

Son.az olay-a istinadən xəbər verir ki, 2021-ci ildə ortaya çıxan Qızıl Qlobus böhranından sonra NBC mükafatlandırma mərasimini yayımlamayacağını açıqlayıb.

Keçən ildən baş tutmayacağı bəlli olan mükafatlandırma mərasiminin rəsmi sosial media hesablarından verilən açıqlamaya görə, bu il xüsusi tədbir olaraq keçiriləcək və canlı yayımlanmayacaq.

Qaliblər "Qızıl Qlobus" internet saytında və sosial media hesablarında elan ediləcək.