Telekanallara ayrılan 4 milyon manat vəsait hesablarına köçürülüb


Digərləri 07 Yan 2022 14:16:00 146 0

Telekanallara ayrılan 4 milyon manat vəsait hesablarına köçürülüb

Milli Televiziya və Radio Şurasına (MTRŞ) hesabat ilində illik plana əsasən dövlət büdcəsindən 1 milyon 659 min manat vəsait ayrılıb.

Bu barədə şuranın maliyyə hesabatında deyilir.

Qeyd edilir ki, 2021-ci il ərzində büdcədən maliyyələşdirilmiş vəsait 1milyon 480 min manat vəsait təyinatı üzrə istifadə olunub.

"Azərbaycan Prezidentinin 29 dekabr 2021-ci il tarixli sərəncamına əsasən Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarına "Azerspace-1" peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Milli Televiziya və Radio Şurasına dörd milyon manat vəsait ayrılıb və səkkiz özəl teleradio yayımçılarının hesabına köçürülüb.