Prezident İlham Əliyev rusiyalı deputatın Qarabağa qanunsuz səfəri ilə bağlı Medvedevə etiraz məktubu göndərib


Siyasət 07 Yan 2022 14:17:00 224 0

Prezident İlham Əliyev rusiyalı deputatın Qarabağa qanunsuz səfəri ilə bağlı Medvedevə etiraz məktubu göndərib

Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov Azərbaycan ərazilərinə növbəti dəfə qanunsuz səfər edib.

Hakim "Vahid Rusiya" partiyasının üzvü Yeni il günlərində Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edərək, orada bir sıra görüşlər keçirib.

Son.az xəbər verir ki, onun bu addımı Azərbaycan rəhbərliyinin ciddi etirazına səbəb olub.

Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev "Vahid Rusiya" partiyasının sədri Dmitri Medvedevə məktub göndərərək, onun rəhbərlik etdiyi partiya üzvünün Azərbaycan ərazilərinə qeyri-qanuni səfər etməsinə qəti etirazını bildirib.

Qeyd edək ki, V. Milonov bundan əvvəl də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı dəfələrlə hörmətsizlik nümayiş etdirib.