Aygündan aparcıya vida mesajı


Şou-biznes 07 Yan 2022 14:34:00 125 0

Aygündan aparcıya vida mesajı

Xalq artisti Aygün Kazımova və TV-radio aparıcısı Kazım Sübhanın dostluğu bitib. 

Son.az Olay-a istinadən xəbər verir ki,bu barədə K. Sübhan "Özel Tube" proqramında qonaq olarkən deyib.  

O, Kazımovanın ona vida mesajı yazdığını qeyd edib:

"Aygün Kazımova ilə münasibətlərimiz soyuqdur. Bunun səbəbini də bilmirəm. Keçən ilin aprelində münasibət qırıldı. Mənə bir vida mesajı yazdı. Normal qarşıladım. Aygün Kazımova ilə zaman-zaman münasibətimiz korlanıb, yazdığı mesaja "Ok" yazmışam. Mənim üçün iki Aygün Kazımova var. Biri zamanında dost bildiyim, digəri isə hamının tanıdığı superstar Aygün Kazımova! Hazırda mənim üçün ikinci variantdır".