Şuşa ölkəmizin kartblanşı olacaq


Digərləri 07 Yan 2022 14:40:00 244 0

Şuşa ölkəmizin kartblanşı olacaq

2022-ci ilin "Şuşa İli" elan edilməsi Qarabağda sülh və təhlükəsizliyin təmini baxımından böyük əhəmiyyət daşıyacaq. Bunu Real-a müsahibəsində millət vəkili Tural Gəncəliyev deyib. Millət vəkili əlavə edib ki, cari ilin "Şuşa ili" olması heç də təsadüfi deyil. Bu, dünyaya, xüsusilə də Ermənistana ciddi mesajdır.

Son.az Real TV-yə istinadən xəbər verir ki,  Azərbaycanın güclü iqtisadi potensialı işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı quruculuq işlərinin həyata keçirilməsi və Böyük Qayıdışın uğurla icra edilməsi üçün geniş imkanlar açır. İqtisadi potensialımız keçmiş məcburi köçkünlərimizin öz yurdlarına qayıtması zamanı üzləşə biləcəkləri bütün problemlərin həlli üçün etibarlı zəmin yaradır. Bu mənada, sözsüz ki, 2022-ci il Böyük Qayıdışı stimullaşdıracaq amil kimi çıxış edəcək.

"Şuşa il"ində qarşıya qoyulan hədəflərə gəldikdə isə...

Mahiyyət etibarilə, Vətən müharibəsində qazandığımız qələbədən sonra Azərbaycan üçün yeni dövr başlayıb. İşğaldan azad edilmiş torpaqların bərpası və inkişafı ilə bağlı strategiya hazırlanıb. İndi isə əsas hədəfimiz Qarabağı dirçəltməkdir.