Tanınmış kriminal avtoritet etirazçılar arasında


Dünya 07 Yan 2022 14:58:00 239 0

Tanınmış kriminal avtoritet etirazçılar arasında

Kriminal aləmdə "Arman Dikiy" kimi tanınan avtoritet Arman Cumageldiyev Qazaxıstana uçaraq etirazçılardan təxribatçılara qulaq asmamağı, soyğunçuluq və iğtişaşları dayandırmağı xahiş edib.

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, o, bu barədə Almatı küçələrində çıxışında bildirib.

"Arman Dikiy" insanları dinc aksiyalara çağırıb.

Onun sözlərinə görə, iğtişaşlar zamanı insanlar ölür, talançılar iş başına keçir, lakin qazax etirazçılar hakimiyyətə öz tələb və iddialarını bildirmirlər.

O qeyd edib ki, etirazçılar arasında araq və narkotik paylayan təxribatçılar var, küçələrdə insanlar qumbaraatan və odlu silahlarla silahlanıb:

"Bu mitinqdir? Bu xaos, anarxiyadır!"