Qazaxıstanda neft və qaz hasilatı dayanmayıb


Dünya 07 Yan 2022 14:28:00 117 0

Qazaxıstanda neft və qaz hasilatı dayanmayıb

Qazaxıstanda neft və qaz hasilatı dayanmayıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ölkənin energetika naziri Maqzum Mirzaqaliyev deyib.

Onun sözlərinə görə, ölkədə enerji sahəsi adi rejimdə işini davam etdirir.

"İstehsal olunan məhsulun nəqlinin məhdudlaşdırılması ilə bağlı Tengizdə neft və qaz hasilatının müəyyən azalması müşahidə olunur. Hər üç neft emalı zavodu sabit, adi rejimdə işləyir və neftlə tam təmin olunur", - deyə nazir bildirib.