Qazaxıstanda Sərhəd Xidməti Akademiyasının rəisi öldürüldü:


Dünya 07 Yan 2022 11:28:00 131 0

Qazaxıstanda Sərhəd Xidməti Akademiyasının rəisi öldürüldü:

Qazaxıstanda baş verən toqquşmalar zamanı həlak olan güc strukturları əməkdaşlarının sayı 18-ə çatıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, eyni zamanda 748 polis və hərbçi yaralı halda xəstəxanalara yerləşdirilib. Bu gün səhər isə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi Sərhəd Xidməti Akademiyasının rəisi Dalman Dilxanov müəssisənin binasına hücum zamanı öldürülüb. Bu arada Qazaxıstanda İnternet yenidən kəsilib. Mobil operatorların fəaliyyətində fasilələr yaranıb.