Qazaxıstandakı iğtişaşlar zamanı 2 hərbçi ölüb, 216sı yaralanıb


Dünya 07 Yan 2022 11:34:00 119 0

Qazaxıstandakı iğtişaşlar zamanı 2 hərbçi ölüb, 216sı yaralanıb

Qazaxıstandakı iğtişaşlar zamanı Milli Qvardiyanın 2 hərbçisi ölüb, 216-sı yaralanıb. 50-yə yaxın hərbi texnika zədələnib.

Son.az Trend-ə istinadən bildirir ki, Milli Qvardiyanın hərbi qulluqçuları hüquq-mühafizə orqanları ilə birlikdə ölkənin bütün şəhər və qəsəbələrində talan və iğtişaşların baş verdiyi ərazilərdə təhlükəsizliyin və asayişin təmin edilməsinə cəlb edilib.

Paytaxtın həyati əhəmiyyətli obyektləri və infrastrukturu mühafizəyə götürülüb.