Müğənninin keçmiş əri


Şou-biznes 07 Yan 2022 09:46:00 157 0

Müğənninin keçmiş əri

Pop ulduz Britni Spirsin keçmiş həyat yoldaşı, aktyor Ceyson Aleksander barəsində üçüncü həbs qərarı verilib. 

Son.az Olay-a istinadən xəbər verir ki, o, adı açıqlanmayan bir şəxsi təqib etməkdə ittiham olunub. 

Qeyd edək ki, Ceyson ilk dəfə 2021-ci ilin yanvarında Neşvildə, daha sonra həmin ilin avqustunda Tennessi şəhərində qadağan olunmuş əraziyə girməyə cəhd etdikdən sonra həbs edilmişdi. O, 2500 dollar girov qarşılığında sərbəst buraxılmışdı. 

62 yaşlı Aleksandrla Britni 2004-cü ildə ailə qurub və elə həmin il yollarını ayırıblar.